"Azərbaycanın yeni hökumətinin əsas vəzifəsi 2015-2016-cı illərdə başladılan islahatların sürətinin qorunub saxlanılması, eləcə də daxili şoklara qarşı iqtisadiyyatın dayanıqlılığının yüksəldilməsidir".
Bu barədə “APA-Economics” Dünya Bankına istinadən xəbər verir.
"Azərbaycanda aprelin 11-də baş tutan prezident seçkilərinin qalibi İlham Əliyev olub. İlham Əliyev vəzifələrinin icrasına aprelin 18-dən başlayıb və hökuməti formalaşdırmağa başlayıb. Yeni hökumətin davamlı və hərtərəfli inkişafı təmin etmək üçün mühüm iqtisadi islahatları davam etdirəcəyi gözlənilir,” – deyə Dünya Bankından bildirilib.
Ekspertlər hesab edir ki, struktur islahatlarının özəl sektorun inkişafına və yeni iş yerlərinin açılmasının stimullaşdırılmasına təsiri müəyyən qədər məhdud olaraq qalacaq. Bundan başqa, Dünya Bankı Azərbaycan hökumətini aztəminatlı ailələrin sosial müdafiə sisteminin effektivliyinin artırması üçün apardığı islahatları davam etdirməyə çağırır.