Bank Of Baku

Əmanətlərin Sığortalanması Fondu "Qafqaz İnkişaf Bankı"nın kreditorlarına müraciət edib

Əmanətlərin Sığortalanması Fondu "Qafqaz İnkişaf Bankı"nın kreditorlarına müraciət edib
# 20 aprel 2018 08:11 (UTC +04:00)

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Qafqaz İnkişaf Bankı" ASC-nin  kreditorlarına müraciət edib.

 

Fonddan “APA-Economics"ə verilən xəbərə görə, kreditorların diqqətinə çatdırılır ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 23 aprel 2018-ci il tarixdən etibarən başlanacaq.

 

Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

 

Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini qeyd etsinlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR