Bank Of Baku

Fevralda kredit qoyuluşunun 17%-i regionlara yönəlib

Fevralda kredit qoyuluşunun 17%-i regionlara yönəlib
# 10 aprel 2018 13:15 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2018-ci ilin mart ayının 1-nə 11 mlrd. 561 mln. 095,8 min manat təşkil edib ki, bunun da 82,67%-i və ya 9 mlrd. 558 mln. 188,3 min manatı Bakı şəhərinin payına düşüb.

 

 

APA-Economics”in məlumatına görə, kredit qoyuluşunun həcminə görə, sonrakı yerdə 4,05%-lik payla Aran iqtisadi rayonu qərarlaşıb. Bu ilin mart ayının 1-nə bu iqtisadi rayona 468 mln. 744,5 min manat həcmində kredit qoyulub.

 

 

Azərbaycan Mərkəzi Bankının regionlar üzrə kredit qoyuluşu siyahısına nəzər salanda məlum olur ki, bu göstərici üzrə üçüncü yerdə Abşeron iqtisadi rayonu qərarlaşıb. Belə ki, bu ilin 12 ayında Abşeron iqtisadi rayonuna kredit qoyuluşu 457 mln. 049,8 min manat təşkil edib. Bu ümumi kredit qoyuluşunun 3,95%-ni təşkil edir.

 

 

Kredit qoyuluşunun 3,63%-i Gəncə-Qazax iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, bu ilin fevral ayında Gəncə-Qazax iqtisadi rayonuna 420 mln. 304,8 min manatlıq kredit qoyulub.

 

 

Kredit qoyuluşunun 1,48%-i Lənkəran iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, bu ilin yanvar ötən ilin dekabr aylarında Lənkəran iqtisadi rayonuna 171 mln. 067,6 min manatlıq kredit qoyulub.

 

 

Kredit qoyuluşunun 1,18%-i Quba-Xaçmaz iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, bu ilin yanvar ötən ilin dekabr aylarında Quba-Xaçmaz iqtisadi rayonuna 136 mln. 572,3 min manatlıq kredit qoyulub.

 

 

Kredit qoyuluşunun 1,13%-i Şəki-Zaqatala iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, bu ilin yanvar ötən ilin dekabr aylarında Şəki-Zaqatala iqtisadi rayonuna 130 mln. 857,5 min manatlıq kredit qoyulub.

 

 

Kredit qoyuluşunun 0,55%-i Dağlıq Şirvan iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, bu ilin yanvar ötən ilin dekabr aylarında Dağlıq Şirvan iqtisadi rayonuna 64 mln. 080,8 min manatlıq kredit qoyulub.

 

Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonu ən az kredit qoyuluşu olan rayonlardandır. Belə ki, hesabat dövründə Yuxarı Qarabağ iqtisadi rayonuna kredit qoyuluşu 0,41%-i və ya 47 mln. 122,8 min manat, Kəlbəcər-Laçın iqtisadi rayonuna kredit qoyuluşu isə bundan 203 dəfə az - 568,8 min manat olub.

 

 

Regionlar üzrə verilən kreditlərin orta faiz dərəcəsinə gəlincə, ən bahalı kreditlər Aran iqtisadi rayonunun payına düşüb. Bu iqtisadi rayon üzrə verilən kreditlərin orta faiz dərəcəsi 22,7% təşkil edib. Hesabat dövründə ölkədə ən aşağı faizlə kreditlər Bakı şəhərində verilib. Paytaxtda orta kredit faizi 10,6% olub. İqtisadi rayonlar arasında orta faiz dərəcəsinə görə ən aşağı göstərici Naxçıvanda qeydə alınıb. Burada verilən kreditlərin orta faiz dərəcəsi 8,5%-ə bərabər olub.

 

               Regionlarda kreditlərin orta faiz dərəcəsi

 

 

Regionların adı

Cəmi (min manatla)

Orta faiz dərəcəsi

Abşeron iqtisadi rayonu

457 049,80

22,70%

Şəki-Zaqatala iqtisadi rayonu

130 857,50

22,20%

Gəncə-Qazax iqtisadi rayonu

420 304,80

21,00%

Dağlıq Şirvan iqtisadi rayonu

64 080,80

20,70%

Quba-Xaçmaz iqtisadi rayonu

136 572,30

20,20%

Yuxarı Qarabağ iqtisadi rayonu

47 122,80

19,90%

Lənkəran iqtisadi rayonu

171 067,60

19,30%

Aran iqtisadi rayonu

468 744,50

15,40%

Kəlbəcər-Laçın iqtisadi rayonu

568,80

13,50%

Azərbaycan Respublikası

11 561 095,80

12,00%

Bakı şəhəri

9 558 188,30

10,50%

Naxçıvan iqtisadi rayonu

106 538,50

8,50%

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR