Bakı. Vüsal Nəbiyev - APA-Economics. Xaçmaz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, “Samur” gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, baxış zamanı, nəqliyyat vasitəsinin salonunda 14 min ədəd xarici markalı siqaret aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.