Bank Of Baku

Gürcüstandan Azərbaycana baytarlıq dərman preparatlarının gətirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana baytarlıq dərman preparatlarının gətirilməsinin qarşısı alınıb
# 20 aprel 2018 09:26 (UTC +04:00)

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən idarənin "Sadıxlı" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi Mersedes Benz C-230 markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.

 

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən xəbərə görə, gömrük baxışı zamanı avtomobilin salonundan, motorxana hissəsində hava filtrinin içərisindən və yük yerindəki çantalardan 5400 qram baytarlıq dərman preparatları aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR