Bank Of Baku

Gürcüstanda iqtisadi artım 5,5% təşkil edib

Gürcüstanda iqtisadi artım 5,5% təşkil edib
# 30 mart 2018 12:26 (UTC +04:00)

Ötən ay Gürcüstanda ÜDM-in artım tempi 5,5% təşkil edib.

 

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, yanvar-fevral aylarında ÜDM 4,9% artıb.

 

Fevral ayının digər əsas iqtisadi göstəricilərinə əsasən, Gürcüstanda istehlak qiymətləri yanvar ayı ilə müqayisədə 0,2% artıb, xarici ticarət dövriyyəsinin həcmi isə 16,3% artaraq 1 mlrd. 683,5 min dollar təşkil edib.

 

Qonşu ölkədə ötən ay 4 250 müəssisə qeydiyyata alınıb ki, bu da yanvar ayına nisbətdə 12,9% çoxdur.

 

Dövlət büdcəsinin gəlirləri 693,1 mln. lari, xərcləri isə 683,9 mln. lari təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR