Bank Of Baku

Gürcüstandan Azərbaycana avtomobil idxalı 7 dəfədən çox artıb

Gürcüstandan Azərbaycana avtomobil idxalı 7 dəfədən çox artıb
# 19 mart 2018 08:17 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana 16 mln. 116.0 min dollar dəyərində 876 ədəd avtomobil idxal edilib.

 

APA-Economics” xəbər verir ki, bu barədə Gürcüstanın Milli Stastika İdarəsinin məlumatında deyilir.

 

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 754 ədəd və ya 7,18 dəfə çoxdur. Məbləğ baxımından isə 12 mln. 963,1 min dollar və ya 5,11 dəfə çoxdur.

 

Qeyd edək ki, 2017-ci ilin yanvar-fevral ayları ərzində Gürcüstandan Azərbaycana 3 mln. 152,9 min dollar dəyərində 122 ədəd avtomobil göndərilib.

 

Ümumilikdə isə ötən iki ay ərzində Gürcüstandan 37 mln. 979.5 min dollar dəyərində avtomobil ixrac edilib. Bu isə Gürcüstanın ümumi ixracının 8,5%-nə bərabərdir. 2017-ci ilin yanvar-fevral aylarında bu rəqəm 19 mln. 319.8 min dollar dəyərində olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR