Bank Of Baku

İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb

İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb
# 12 iyul 2016 10:07 (UTC +04:00)

Bakı - APA-Economics. Astara Gömrük Sərnişin şöbəsində İrandan piyada yolla gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun üzərində qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, şəxsi yoxlama zamanı onun daxili orqanından xalis çəkisi 48,41 qram təşkil edən narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

 

Əməliyyat Astara sərhəd nəzarət məntəqəsinin əməkdaşları ilə birgə keçirilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR