"Societe de Courtage" Sığorta və TəkrarSığorta Brokeri MMC ötən il aktivlərini azaldıb. "APA-Economics" şirkətin yaydığı hesabata əsasən xəbər verir ki, "Societe de Courtage"nın cəmi aktivləri 2016-cı il ilə müqayisədə 87,80% azaldaraq 1 mln. 428 min 972,57 manat olub.
Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 25 min 144,30 manat, qısamüddətli aktivləri 1 mln. 403 min 828,27 manat təşkil edib.
İl ərzində şirkətin cəmi öhdəlikləri 3,96 dəfə azalaraq 1 mln. 132 min 594,49 manat olub. 2017-ci ildə şirkətin uzunmüddətli öhdəlikləri 1 mln. 131 min 274,10 manat, qısamüddətli öhdəlikləri isə 1 min 320,39 manat təşkil edib.
Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı sabit qalaraq 155 min 783 manat, cəmi kapitalı isə 27,26% azalaraq 296 min 378,08 manat təşkil edib.
2017-ci ildə "Societe de Courtage"nın cəmi gəlirləri 333 min 723,09 manat, cəmi xərcləri 315 min 115,41 manat olub.
Şirkət ötən ili 18 min 607,68 manat xalis mənfəətlə başa vurub.
“Societe de Courtage” Sığorta və TəkrarSığorta Brokeri 1972-ci ildə İsveçrənin Cenevrə şəhərində yaradılıb. Hal-hazırda şirkətin Rusiya, Azərbaycan və Qazaxıstanda da filialları fəaliyyət göstərir.