Bank Of Baku

İyunda Azərbaycanda pul bazası artıb

İyunda Azərbaycanda pul bazası artıb
# 01 iyul 2016 14:46 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İyun ayında Azərbaycanda pul bazası artıb.

 

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, ötən ay Azərbaycanda pul bazası 47,8 mln. manat artıb.

 

Başqa sözlə, may ayı ilə müqayisədə iyunda ölkədə pul bazası 0,63% artaraq 7 689,4 mln. manat olub.

 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu, 202,4 mln. manat və ya 2,7%, 2016-cı ilin əvvəli ilə müqayisədə isə 787,6 mln. manat və ya 11,4% artım deməkdir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR