Bank Of Baku

Ləğv ediləcək "ABB-Gürcüstan"ın öhdəliklərinin həcmi ötən il 27,7 mln. manat olub

Ləğv ediləcək "ABB-Gürcüstan"ın öhdəliklərinin həcmi ötən il 27,7 mln. manat olub
# 24 mart 2018 08:44 (UTC +04:00)

2017-ci ilin sonuna Azərbaycan Beynəlxalq Bankının (ABB) Gürcüstandakı törəməsi "ABB-Gürcüstan" ASC-nin ("ABB-Gürcüstan") aktivlərinin həcmi 78,221 mln. lari təşkil edib.

 

"APA-Economics" bankın balans hesabatına istinadən xəbər verir ki, aktivlərin həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 43,4% azalıb.

 

Törəmə bankın kredit portfeli 64,7% azalaraq 24,865 mln. lariyə enib.

 

Ötən il dekabrın sonuna "ABB-Gürcüstan"ın depozit portfeli 53% azalaraq 14,309 mln. lari olub. Bankın öhdəliklərinin həcmi 39,847 mln. lari təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 62% azdır.


Hesabat dövrünün sonuna bankın nizamnamə kapitalı dəyişməyərək 22,688 mln. lari, cəmi kapitalı 38,375 mln. lari təşkil edib ki, bu da illik müqayisədə 15,1%-lik artım deməkdir.

 

2017-ci ilin sonuna bankın xalis gəliri 750 min 960,109 lari təşkil edib.

 

Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının martın 14-də keçirilmiş ümumi yığıncağında bankın törəmə müəssisələri olan “ABB-Gürcüstan”, “MBA-Moskva” və “Biznes-Rabitə” MMC-nin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

 

Xatırladaq ki, Gürcüstan Milli Bankı "ABB-Gürcüstan" ASC-yə bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyanı 2007-ci ilin fevralın 7-də verib. Bank fəaliyyətinə fevralın 26-dan başlayıb.

 

  • 1 gürcü larisi = 0,6940 manat

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR