Bank Of Baku

Maliyyə Bazarlarına Nəzarət Palatasında kənd təsərrüfatı sığortası müzakirə edilib

Maliyyə Bazarlarına Nəzarət Palatasında kənd təsərrüfatı sığortası müzakirə edilib
# 07 aprel 2018 11:48 (UTC +04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) kənd təsərrüfatı sığortası mövzusunda görüş keçirilib.

 

Azərbaycan Sığortaçılar Assosiasiyasından "APA-Economics"ə verilən məlumata görə, görüşdə sığortaçılar tərəfindən “Kənd təsərrüfatı sığortası haqqında” qanun layihəsinə edilən düzəliş və əlavələr nəzərdən keçirilib və təkliflərin sığorta bazarı üçün əhəmiyyəti qeyd olunub.

 

Müzakirələrin yekununda sığortaçıların təkliflərinin əksəriyyətinin qəbul edilməsi barədə razılıq əldə edilib.

 

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidentinin 6 dekabr 2016-cı il tarixli, 1138 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş Azərbaycan Respublikasında kənd təsərrüfatı sığortası mexanizminin yaradılması və icrasının təmin edilməsi ilə bağlı maliyyə bazarlarına nəzarət orqanı tərəfindən “Kənd təsərrüfatı sığortası” haqqında qanun layihəsi hazırlanıb. Azərbaycan Sığortaçılar Assosiasiyasında “Kənd təsərrüfatı sığortası modelinin Azərbaycanda tətbiqi” layihəsi ilə əlaqədar 16 fevral tarixində İşçi Qrupu formalaşdırılıb. Sığorta şirkətlərinin nümayəndələri və müstəqil ekspertlərdən ibarət olan İşçi qrupunun mövzu üzrə üç görüşü keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR