Bakı. Musa Əhmədov – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 182 gün tədavül müddətli, 10 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən “APA-Economics”ə verilən məlumata görə, hərrac zamanı 6 investor tərəfindən 12 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 14 mln. 5700 manat təşkil edib.
Sifarişlər 91,6180 manat (18,4998%) və 96,1943 manat (7,9999%) qiymət intervalında təqdim edilib.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 94,8400 AZN (11.0017%) orta ölçülmüş qiyməti 95,6251 manat (9,2512 %) təşkil edib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar avqustun 24-də həyata keçiriləcək.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 7 mln. 320 min 200 manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 21.02.2017-ci ildir.
İstiqrazların tədavül müddəti – 182 gündür.
Bundan başqa, bu gün BFB-də Maliyyə Nazirliyinin 364 gün tədavül müddətli, 10 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə də hərrac keçirilib.
Hərrac zamanı 5 investor tərəfindən 10 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 16 mln. 123 min 200 manat təşkil edib.
Sifarişlər 82,1285 manat (21,8803%) və 91,3500 manat (9,5212%) qiymət intervalında təqdim edilib.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 91,3500 manat (9,5212%) orta ölçülmüş qiyməti 91,3500 AZN (9,5212%) təşkil edib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar avqustun 24-də həyata keçiriləcək.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 5 mln. 473 min 400 manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 22.08.2017-ci ildir.
İstiqrazların tədavül müddəti – 364 gündür.