Manat avro və funta nisbətən bahalaşmaqda davam edir

Manat avro və funta nisbətən bahalaşmaqda davam edir
# 09 avqust 2016 07:22 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 8-də olduğu kimi 1,6005 manat səviyyəsində qalıb.

 

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,2% zəifləyərək 1,7738 manat olub.

 

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl da 1,23% bahalaşaraq 0,0247 manat səviyyəsinə yüksəlib.

 

Türkiyə lirəsinin məzənnəsi 0,19% möhkəmlənərək 0,5366 manat olub.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0805 manatdır. Beləliklə, funt sterlinq 0,66%-lik ucuzlaşma nümayiş etdirib.

 

Gürcüstan larisinin məzənnəsi 0,53% artaraq 0,6811 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR