Bank Of Baku

Manat rubl və lariyə nisbətən bahalaşıb

Manat rubl və lariyə nisbətən bahalaşıb
# 23 avqust 2016 07:25 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 22-si ilə müqayisədə dəyişməyərək 1,6204 manat səviyyəsində qalıb.

 

Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,48% möhkəmlənərək 1,8369 manat olub.

 

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublu ötən günlə müqayisədə 0,79% azalaraq 0,0250 manat səviyyəsinə enib.

 

Türkiyə lirəsinin məzənnəsi 0,11% möhkəmlənərək 0,5518 manat olub.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1312 manatdır. Beləliklə, funt sterlinq 0,83%-lik bahalaşma nümayiş etdirib.

 

Gürcüstan larisinin məzənnəsi 0,78% azalaraq 0,7123 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR