Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Azərbaycan İnvestisiya Şirkəti” ASC Masallı rayonunda sənaye məhəlləsinin layihəsinin icra edilməsi nəzərdə tutulan ərazidə aparılacaq mühəndis-geoloji tədqiqat işlərinin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təkliflərini qiymətləndirib.
“APA-Economics”in məlumatına görə, kotirovka sorğusunun nəticələrin haqqında Tender Komissiyasının 16 avqust 2016-cı il qərarına əsasən, “Kəngərli” MMC qalib elan edilib və həmin şirkətlə 16 avqust 2016-cı il tarixdə satınalma müqaviləsi imzalayıb.