Bank Of Baku

Mərkəzi Bank bu gün Əmanətlərin Sığortalanması Fonduna kredit xətti aça bilər

Mərkəzi Bank bu gün Əmanətlərin Sığortalanması Fonduna kredit xətti aça bilər
# 29 iyul 2016 10:18 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Əmanətlərin Sığortalanması Fondu artıq kredit üçün Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət edib.

 

"APA-Economics" xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

A. Cavadov əlavə edib ki, öz növbəsində Mərkəzi Bank kreditin ayrılması üçün Maliyyə Nazirliyinə müraciət edib: "Bu gün kredit xəttinin açılması məsələsinin tamamlanması gözlənilir".

 

O əlavə edib ki, kredit iki illik müddətə veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR