Bank Of Baku

Mərkəzi Bank əməkdaşlarının sığortalanması məqsədilə tender elan edib

Mərkəzi Bank əməkdaşlarının sığortalanması məqsədilə tender elan edib
# 16 avqust 2016 07:53 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) öz əməkdaşlarının tibbi sığortalanması məqsədilə "Dövlət satınalmaları haqqında" qanuna uyğun olaraq açıq tender elan edib.

 

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, tender proseduru 15 sentyabr 2016-cı il saat 16.00-da Mərkəzi Bankın inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcək.

 

Tenderdə iştirak etmək istəyənlər tender təklifini və tender təklifinin bank təminatını 14 sentyabr 2016-cı il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 1 sentyabr 2016- cı il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasına təqdim etməlidir.

 

Tenderdə iştirak haqqı 150 manatdır.

 

Tenderdə qalib olan şirkət 27 oktyabr 2016-cı ildən tibbi sığorta xidmətlərini təqdim etməlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR