Bank Of Baku

Qlobal borc 164 trln. dollara yüksəlib

Qlobal borc 164 trln. dollara yüksəlib
# 12 aprel 2018 12:24 (UTC +04:00)

Dünya iqtisadiyyatının qarşısında duran 3 prioritet vəzifə açıqlanıb.

 

Bu barədə “APA-Economics” Beynəlxalq Valyuta Fonduna istinadən xəbər verir ki,

 

BVF-nin direktoru Kristin Laqard Honkonq universitetində çıxışı zamanı bildirib ki, büdcə və maliyyə risklərindən qorunmaq, proteksionizmdən çəkinmək və hər kəsin mənafeyinə uyğun uzunmüddətli artıma təbliğat dünya iqtisadiyyatı qarşısında duran əsas vəzifələrdəndir.

 

K.Laqard bildirib ki, 2018-2019-cu illərdə dünya iqtisadiyyatı 3,9% artacaq.

 

Beynəlxalq Valyuta Fondunun təhlilində qeyd olunub ki, on illik yumsaq maliyyə şərtlərindən sonra həm dövlət, həm də özəl borc da daxil olmaqla ümumilikdə qlobal borc tarix boyu ən yüksək həddə çataraq 164 trln. dollara yüksəlib. Bu, 2007-ci il ilə müqayisədə 40% çoxdur: "Qlobal borcun artmasının əsas səbəbi özəl sektorun borclanmasının artması ilə bağlıdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR