Bakı. Yeganə Laçınzadə - APA-Economics. Vergilər Nazirliyinin rəhbərliyində dəyişiklik olub.
"APA-Economics" xəbər verir ki, nazirliyin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinə yeni rəis təyin olunub. Bu vəzifə Əflatun Məmmədova həvalə olunub.
Bundan öncə Ə. Məmmədov həmin idarənin rəisinin birinci müavini olub.
Qeyd edək ki, Ə. Məmmədov vergi xidməti müşaviridir.