Bank Of Baku

Yardımlıda yeni körpü istifadəyə verilib

Yardımlıda yeni körpü istifadəyə verilib
# 15 iyul 2016 08:57 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Azəravtoyol” ASC tərəfindən Yardımlı rayonunda yeni körpü inşa edilib.

 

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, sözügedən avtomobil körpüsü Separadi-Teşkan avtomobil yolunun 3-cü km-də Viləş çayı üzərində inşa edilərək vətəndaşların istifadəsinə verilib.

 

Tikilmiş körpünün uzunluğu 12 metr, eni 4 metrdir.

 

Qeyd edək ki, son aylar ərzində Separadi-Teşkan avtomobil yolundan başqa Lerik rayonu ərazisində Təbrizli kəndinə giriş avtomobil yolunun 1-ci km-də Lənkəran çayı üzərində, Astara rayonu ərazisində Siyakü – Şəmətük avtomobil yolunun 7-ci km-də Veravul çayı üzərində, Lənkəran rayonunda Mollaoba avtomobil yolunun 2-ci kilometrində Veravul çayı üzərində də yeni avtomobil körpüləri inşa edilərək vətəndaşların istifadəsinə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR