® ABB bayram günlərində də müştərilərə xidmət göstərəcək

174 abb bayram gunlerinde de musterilere xidmet gosterecek

Müştərilərə bank xidmətlərindən istifadə imkanının yaradılması üçün Azərbaycan Beynəlxalq Bankının Bakı şəhərindəki bəzi filial və şöbələri Novruz bayramı ərəfəsində və bayram günlərində də çalışacaq.

 

Bankın Heydər Əliyev adına Hava limanında və İzmir küçəsi 1033 ünvanında yerləşən mübadilə məntəqələri 18-26 mart tarixləri arasında 24 saat fasiləsiz rejimdə işləyəcək. Müştərilər 23, 24, 25 mart tarixlərində saat-09.30-dan 17.00-a qədər Bankın  Mərkəzi (Z.Tağıyev küçəsi 3), Nəsimi (28 may küç. 21A) və Səbail filiallarında (Bakı şəhəri, Tolstoy küçəsi 191) da xarici valyuta mübadiləsi əməliyyatını həyata keçirə biləcəklər. Bankın 1, 2 və 3 saylı ASAN xidmət məntəqələrindəki şöbələri isə 18-19 mart tarixlərində bir çox imkanlarla müştərilərin xidmətində olacaq.

 

Azərbaycan Beynəlxalq Bankı xalqımızı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edir, ölkəmizə sülh, əmin-amanlıq, ruzi-bərəkət arzulayır.

 

36 filiala və 40 şöbəyə malik Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:11 20 Sentyabr
23:25 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • meksikada zelzelede olenlerin sayi 149 neferi kecib yenilenib 3
    Meksikada zəlzələdə ölənlərin sayı 149 nəfəri keçib - YENİL...
  • socar yeralti anbarlardaki qazin hecmini aciqlayib
    SOCAR yeraltı anbarlardakı qazın həcmini açıqlayıb
socar yeralti anbarlardaki qazin hecmini aciqlayib socar yeralti anbarlardaki qazin hecmini aciqlayib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0368
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ