® NIKOIL | Bank “Zolotaya Korona” şöbəsini açdı

174 nikoil bank zolotaya korona sobesini acdi

NIKOIL | Bank “Zolotaya Korona” sistemi ilə beynəlxalq pul köçürmələrini həyata keçirən müştəriləri üçün yeni  - “Tarif 0%” təklifini elan edir.  Bu məqsədlə Puşkin küçəsi 30 ünvanında yerləşən, 09:00-dan 21:00-ə qədər fəaliyyət göstərəcək xüsusi şöbə açıldı.

 

Bundan sonra, yaxın və uzaq xarici ölkələrə  milli valyutada köçürmələrin edilməsinə və rubl, ABŞ dolları və ya türk lirası ilə alınmasına görə komissiya tutulmayacaq. Göndərən şəxs üçün manatın uyğun valyutaların birinə konvertasiyası əlverişli məzənnə ilə həyata keçirilir.

 

“Zolotaya Korona” pul köçürmələri dərhal aparılır. Pulun göndərilməsi və alınması üçün hesabın açılması tələb olunmur. “Zolotaya Korona – Pul köçürmələri” servisi xidmətinin infrastrukturu MDB və uzaq xarici ölkələrdə olan 49 mindən artıq məntəqələrdən ibarətdir.

 

NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və  qabaqcıl satış şəbəkəsi olan  universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az  səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

23:25 19 Sentyabr
13:02 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • meksikada guclu zelzele bas verib azi 42 nefer olub yenilenib
    Meksikada güclü zəlzələ baş verib, azı 42 nəfər ölüb - YENİL...
  • fhn salyanda 4 qadinin olumu ile neticelenen qeza ile bagli melumat yayib yenilenib 2
    FHN Salyanda 4 qadının ölümü ilə nəticələnən qəza ilə bağlı ...
fhn salyanda 4 qadinin olumu ile neticelenen qeza ile bagli melumat yayib yenilenib 2 fhn salyanda 4 qadinin olumu ile neticelenen qeza ile bagli melumat yayib yenilenib 2 +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0368
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ