ABB və onun Rusiyadakı törəməsinin rəhbərliyinə yeni təyinatlar olub

abb ve onun rusiyadaki toremesinin rehberliyine yeni teyinatlar olub

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) Rusiyadakı törəməsi olan "ABB-Moskva" MMC-nin Müşahidə Şurasına yeni təyinat baş verib.

 

"APA-Economics" xəbər verir ki, Aqşin Əmirov Şuraya üzv təyin olunub. O, bu vəzifəyə martın 13-də təyinat alıb. Qeyd edək ki, A.Əmirov ötən ilin dekabr ayının 27-dən etibarən ABB-nin İdarə Heyəti sədrinin müavinidir. Bunadək bankir "Bank Respublika" ASC-də analoji vəzifəni tutub. ABB-nin Problemli kreditlərlə iş, Struktur bölmələrlə iş və Risklərin idarə edilməsi departamentləri A.Əmirovun kurasiyasındadır.

"ABB-Moskva"nın Müşahidə Şurası ümumilikdə 3 nəfərdən ibarətdir. Bundan öncə "APA-Economics" xəbər verdiyi kimi, Şuranın yeni sədri Zaur Qaraisayevdir. A.Əmirov kimi, o da martın 13-də yeni vəzifəsinin icrasına başlayıb. Bunadək Z.Qaraisayev "Bank of Baku" ASC-nin İdarə Heyəti sədrinin müavini olub. Yeri gəlmişkən, Z.Qaraisayev hətta bir müddət müvəqqəti olaraq "Bank of Baku"nun İdarə Heyətinin sədri vəzifəsini də icra edib. Bu, Abbas İbrahimovun ABB-yə transfer olunduğu dövrə təsadüf edib. Xatırladaq ki, A.İbrahimov hazırda ABB-nin İdarə Heyəti sədrinin birinci müavinidir.

 

"ABB-Moskva"nın saytında yer alan məlumatlara nəzər saldıqda məlum olur ki, Z.Qaraisayev hazırda həmçinin ABB-nin İdarə Heyəti sədrinin müşaviridir. Bu vəzifədə Z.Qaraisayev törəmə müəssisələrlə işi idarə edəcək.

 

"ABB-Moskva"nın Müşahidə Şurasının digər üzvü isə Fərid Həşimovdur. O, bu vəzifəni 2015-ci ilin dekabrın 12-dən tutur. F.Həşimov ABB-nin Struktur bölmələrlə iş departamentinin direktorudur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:11 20 Sentyabr
23:25 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • meksikada zelzelede olenlerin sayi 149 neferi kecib yenilenib 3
    Meksikada zəlzələdə ölənlərin sayı 149 nəfəri keçib - YENİL...
  • socar yeralti anbarlardaki qazin hecmini aciqlayib
    SOCAR yeraltı anbarlardakı qazın həcmini açıqlayıb
socar yeralti anbarlardaki qazin hecmini aciqlayib socar yeralti anbarlardaki qazin hecmini aciqlayib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0368
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ