Azərbaycan İpoteka Fondunun Müşahidə Şurasının tərkibi açıqlanıb

azerbaycan ipoteka fondunun musahide surasinin terkibi aciqlanib

"Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) Müşahidə Şurasının tərkibi açıqlanıb. "APA-Economics" xəbər verir ki, Şuranın sədri maliyyə nazirinin müavini Emin Hüseynovdur.

 

Müşahidə Şurasının digər üzvləri isə Sevinc Həsənova (iqtisadiyyat nazirinin müavini), İdris İsayev (əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini), Comərd Əliyev və Vadim Xubanovdur (Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini).

 

Qeyd edək ki, Comərd Əliyev ləğv olunan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin müavini olub.

 

AİF-in İdarə Heyətinin sədri Fəxri Kazımovdur. Onun müavini vəzifəsinə təyin olmasa da, İdarə Heyətinin digər üzvü Rəhman Hümmətovdur.

 

Qeyd edək ki, Azərbaycan prezidentinin 2015-ci il 27 oktyabr tarixli 662 nömrəli Fərmanına uyğun olaraq səhmləri dövlətə məxsus "Azərbaycan İpoteka Fondu" ASC formasında yenidən təşkil olunub. Ölkə başçısının 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanına əsasən ASC-nin Nizamnaməsi təsdiq edilib və kommersiya hüquqi şəxslərin dövlət reyestrindən 18 avqust 2016-cı il tarixində qeydiyyatdan keçib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:08 22 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • taninmis meyxana ustasi bayram kurdexanili avtomobil vurmasi neticesinde olub
    Tanınmış meyxana ustası Bayram Kürdəxanılı avtomobil vurması...
  • mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib
    Mingəçevirdə 8 yaşlı oğlan evin 2-ci mərtəbəsindən yıxılaraq...
mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0081
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ