Azərbaycanda dollarla əməliyyatların həcmi 2,7 dəfə azalıb

azerbaycanda dollarla emeliyyatlarin hecmi 2 7 defe azalib

Ötən ilin yanvar-noyabr aylarında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb.

 

"APA-Economics" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2015-ci ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə xarici valyuta əməliyyatlarının həcmi 2,52 dəfə  azalıb.

 

Son 1 ildə ABŞ dolları ilə əməliyyatların həcmi 2,67 dəfə azalıb. Başqa sözlə, ötən ilin dekabr ayının 1-nə ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 5 mlrd. 309 mln. 534,8 min ABŞ dolları olubsa, 2015-ci ilin eyni dövründə bu göstərici 14 mlrd. 198 mln. 963,1 min manat təşkil edib.

 

Ötən ilin yanvar-noyabr aylarında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 2 mlrd. 867 mln. 308 min ABŞ dolları satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 3,81 dəfə azdır. Ötən ilin 11 ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 2 mlrd. 442 mln. 226,8 min ABŞ dolları alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,63% azdır.

 

2015-ci ilin 11 ayı ilə müqayisədə ötən ilin eyni dövründə avro ilə əməliyyatların həcmi isə 1,52 dəfə azalıb. Başqa sözlə, ötən ilin yanvar-noyabr aylarında avro ilə mübadilə əməliyyatlarının həcmi 817 mln. 537,7 min avro olubsa, 2015-ci ilin eyni dövründə bu göstərici 1 mlrd. 245 mln. 476,3 min avro təşkil edib.

 

Ötən ilin 11 ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 537 mln. 528,2 mln. avro satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 1,88 dəfə azdır. Ötən ilin yanvar-noyabr aylarında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 280 mln. 009,5 min avro alınıb. Bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 19,4% çoxdur.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:11 20 Sentyabr
23:25 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bank standard in kecmis rehberinin baresinde cinayet isinin istintaqi dayandirilib
    “Bank Standard”ın keçmiş rəhbərinin barəsində cinayət işinin...
  • muddetden artiq heqiqi herbi xidmete qebul olunmaq isteyenler ucun sened qebulu baslayib
    Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq istəyənlə...
muddetden artiq heqiqi herbi xidmete qebul olunmaq isteyenler ucun sened qebulu baslayib muddetden artiq heqiqi herbi xidmete qebul olunmaq isteyenler ucun sened qebulu baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ