Azərbaycanın dövlət büdcəsində ÜDM-nin 1,4%-i qədər kəsir yaranıb

Azərbaycanın dövlət büdcəsində ÜDM-nin 1,4%-i qədər kəsir yaranıb
# 19 avqust 2019 19:42 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 12435,5 mln. manat, xərcləri 13102,7 mln. manat təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, büdcənin icrasında 667,2 mln. manatlıq və ya ümumi daxili məhsulun 1,5%-i qədər kəsir yaranıb.

Büdcə vəsaitlərinin 27,5%-i iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 13,5%-i sosial müdafiə və sosial təminat, 12,3%-i təhsil və səhiyyə sahələrinin, 46,7%-i isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

Daxilolmaların 22,6%-i əlavə dəyər vergisi, 12,4%-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,4%-i xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,1%-i fiziki şəxslərin gəlir vergisi, 4%-i aksizlər, 1,7%-i sadələşdirilmiş vergi, 2,2%-i vergilərin digər növləri, 47,6%-i isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR