Bu il Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin həcmi açıqlanıb

bu il azerbaycanda esas kapitala yoneldilmis vesaitin hecmi aciqlanib

Bu ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 2093,7 mln. manat vəsaitin 1503,3 mln. manatı neft sektoruna, 590,4 mln. manatı isə qeyri-neft sektoruna yönəldilib, ümumi sərmayənin 69,5%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, istifadə olunmuş vəsaitin 89,2%-i məhsul istehsalı obyektlərinin, 8,1%-i xidmət sahələri üzrə obyektlərin, 2,7%-i isə ümumi sahəsi 209,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 32,9%-ni təşkil edib.

 

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 77,2%, bank kreditləri 11,4%, büdcə vəsaitləri 8,0%, əhalinin şəxsi vəsaitləri 2,7%, büdcədənkənar fondların vəsaitləri isə 0,7% təşkil edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda kecmis telekanal rehberinin oglu cayda batib
    Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ