DGK sədrinin müavini Hanoyda keçirilən Yüksək Səviyyəli Toplantıda iştirak edib

dgk sedrinin muavini hanoyda kecirilen yuksek seviyyeli toplantida istirak edib

Vyetnamın Hanoy şəhərində Avrasiya regionu üçün tranzit, ticarətin asanlaşdırılması və "2030 - Davamlı İnkişaf Proqramı" sahələrində əməkdaşlığın gücləndirilməsi ilə bağlı Yüksək Səviyyəli Toplantı keçirilib.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Azərbaycanı Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

 

Vyetnam hökumətinin nümayəndələri, BMT Baş Assambleyasının prezidenti, BMT İqtisadi və Sosial Şurasının sədri, Dənizə Çıxışı Olmayan Ölkələr Qrupunun rəhbəri, BMT Baş katibinin müavini və ali nümayəndəsi, Ümumdünya Gömrük Təşkilatının Baş katibi və digər rəsmi şəxslərin qatıldığı toplantının işi altı sessiya üzrə təşkil olunub.

 

Birinci sessiyada "2030-Davamlı İnkişaf Proqramı"nın tətbiqinin gücləndirilməsi ilə bağlı təqdimatlar keçirilib və müzakirələr aparılıb. Eyni zamanda, Ümumdünya Gömrük Təşkilatının Baş katibi və Ticarət və İnkişaf üzrə BMT Konfransı Baş katibinin məruzələri dinlənilib.

 

Toplantının ikinci sessiyasında tranzit infrastrukturunun inkişafı və tranzit dəhlizləri sahəsində əməkdaşlıq məsələləri üzrə müzakirələr aparılıb. Sessiyada çıxış edən ölkə nümayəndələri tranzit infrastrukturunun inkişafı və tranzit dəhlizlərində qarşılıqlı əməkdaşlıq məsələlərinə toxunub, dənizə çıxışı olmayan ölkələr üçün imkanların yaradılmasının vacibliyi haqqında fikir söyləyiblər. Eyni zamanda, TRASEKA Proqramı və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndələri beynəlxalq təşkilatlar səviyyəsində, Monqolustan və Vyetnam hökumətinin nümayəndələri isə öz ölkələrində tranzit dəhlizləri ilə bağlı fikirlərini diqqətə çatdırıblar.

 

Növbəti sessiya isə beynəlxalq ticarət və ticarətin asanlaşdırılması sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı olub. Burada tranzit ölkələri arasında ticarət və ticarətin sadələşdirilməsinin təşviqi, o sıradan "Ticarətin asanlaşdırılması sazişi" müzakirə edilib və qabaqcıl təcrübələr paylaşılıb. Dünya Bankının rəhbərinin müavini və Ümumdünya Ticarət Təşkilatının nümayəndələri artıq qüvvədə olan bu sazişin əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Sessiyada Əfqanıstan və Nepalın ticarət nazirləri də çıxış edərək ölkələrindəki çətinliklər, eləcə də müvafiq layihələrin həyata keçirilməsi üçün investisiyaların cəlb edilməsi məsələlərinə toxunublar.

 

Daha sonrakı sessiyada ikitərəfli, regional və qlobal səviyyədə tranzit üçün hüquqi çərçivə ilə bağlı əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar müzakirələr aparılıb, hüquqi çərçivələr, ikitərəfli sazişlər və beynəlxalq konvensiyalar barədə məlumat verilib və beynəlxalq alətlərdən istifadə etməklə tranzit üçün yaradılmış imkanlar qeyd edilib.

 

Toplantının beşinci sessiyası isə gömrük əməkdaşlığının tətbiqi üçün strategiyaların və təcrübələrin mübadiləsi ilə bağlı olub. Burada Ümumdünya Gömrük Təşkilatının tranzitlə bağlı təlimatları bir daha nəzərdən keçirilib və ölkələrin bu sahədə əldə etdiyi təcrübələr paylaşılıb.

 

Öz növbəsində, Azərbaycan nümayəndə heyətinin rəhbəri ölkəmizdə tranzitin sadələşdirilməsi və inkişafı sahəsində göstərilən diqqət, ölkəmizin tranzit coğrafiyasında ən mühüm yerdə yerləşdiyi, Böyük İpək Yolunun Azərbaycan üzərindən keçdiyi, daha qısa və daha səmərəli dəhlizlərin mövcudluğu, tranzit daşımaları üçün mühüm əhəmiyyət kəsb edən müasir dəniz limanı və onun imkanlarından, eləcə də quru yolda olan infrastrukturdan bəhs edib, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının fəaliyyəti barədə məlumat verib.

 

Bununla yanaşı, beynəlxalq tövsiyələrdə nəzərdə tutulan beynəlxalq alətlərə istinad edilərək, Azərbaycanda tranzitin inkişafı üçün 9 əsas istiqamət üzrə həyata keçirilən tədbirlər - infrastrukturun yaxşılaşdırılması, məlumat mübadiləsi, öncədən məlumatlandırma, zəmanət, gömrük təminat formaları, sadələşdirmə qaydaları və s. barədə məlumat verilib, Səlahiyyətli İqtisadi Operatorlar üçün münbit şəraitin yaradıldığı və bu məsələlərdə Azərbaycanın təcrübə mübadiləsi və əməkdaşlıqda maraqlı olduğu diqqətə çatdırılıb.

 

Nəhayət, toplantının sonuncu sessiyasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi və həyata keçirilməsi vasitələrinin genişləndirilməsi məsələlərinə toxunulub. Tranzit ölkələri arasında ticarət potensialının və ümumi davamlı inkişafın sürətləndirilməsi məqsədilə əməkdaşlığın gücləndirilməsini dəstəkləmək üçün tərəfdaşlığın, beynəlxalq təşəbbüslərin və həyata keçirmə vasitələrinin gücləndirilməsi məsələləri müzakirə olunub və təcrübələr paylaşılıb.

 

Tədbirin sonunda isə müzakirə olunan məsələlər üzrə 2030-cu ilə qədər əhəmiyyət daşıyan və görüləcək tədbirlər haqda yekun sənəd qəbul edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev milli komandamizin oyununa baxib
    Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb
  • bakida is yerine velosipedle adli veloyurus kecirilib
    Bakıda “İş yerinə velosipedlə!” adlı veloyürüş keçirilib...
bakida is yerine velosipedle adli veloyurus kecirilib bakida is yerine velosipedle adli veloyurus kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ