“Fitch”: Növbəti iki ildə manatın məzənnəsi sabit qalacaq

fitch novbeti iki ilde manatin mezennesi sabit qalacaq

“2017-ci ildə Azərbaycanda makro-sabitlik yaxşılaşıb”.

 

Bu barədə “APA-Economics” “Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumata istinadən xəbər verir.

 

Bildirilir ki, neft qiymətlərinin tədricən artması, o cümlədən sərt monetar və fiskal siyasət nəticəsində dolların manata nisbətən məzənnəsi apreldən etibarən 1,70 manat səviyyəsində stabilləşib. “Bu da öz növbəsində, 2017-ci ildə 12,9% səviyyəsində olan inflyasiya təzyiqlərini azaltmağa gətirib çıxarıb. Ötən ilin mart ayı ilə müqayisədə apreldən etibarən inflyasiya azalıb. Kreditlərin və depozitlərin dollarlaşma səviyyəsi (2017-ci ilin noyabrın sonuna müvafiq olaraq 40,6% və 72,1%) yavaş-yavaş azalır, bu da məzənnəyə inamın müəyyən qədər artdığını göstərir. Neft qiymətlərinin sabit olması ilə bağlı gözləntiləri nəzərə alaraq növbəti iki il ərzində manatın məzənnəsinin dəyişməyəcəyini proqnozlaşdırırıq,” - deyə məlumatda qeyd olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida abs senatinin modeli konfransi teskil edilib
    Bakıda ABŞ Senatının Modeli Konfransı təşkil edilib
  • tovuzda bas veren yanginda er arvad bogularaq olub
    Tovuzda baş verən yanğında ər-arvad boğularaq ölüb
tovuzda bas veren yanginda er arvad bogularaq olub tovuzda bas veren yanginda er arvad bogularaq olub +2
MƏZƏNNƏ
FOREX
/ 24 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0914
 
RR
0.0301