MBNP: Bankların kapital mövqeyi xarici şoklara həssas olaraq qalır

mbnp banklarin kapital movqeyi xarici soklara hessas olaraq qalir

"2016-cı ildə Azərbaycanın bank sektorunda aktivlərin azalmasını müşahidə etdik. Ötən il bankların aktivləri 10% azaldı. Amma hazırda vəziyyət sabitləşib". "APA-Economics" xəbər verir ki, bunu "Fitch" beynəlxalq reytinq agentliyinin bu gün Bakıda keçirilən VI illik konfransında Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Strateji xidmətlər departamentinin Prudensal siyasət və metodologiya şöbəsinin müdiri Rüstəm Tahirov deyib.

 

Onun sözlərinə görə, ötən il fərdi əmanətlər üzrə azalma, biznes əmanətləri üzrə isə artım qeydə alınıb: "Fərdi əmanətlərin azalması bank sektoruna inamın azalması ilə bağlı deyil. Fərdi əmanətlərin azalması aşağı gəlirləri olan insanların ehtiyaclarının ödənilməsi ilə  bağlıdır. Başqa sözlə, ötən il əmanətlərin azalması bank sektoruna inamın aşağı düşməsi ilə bağlı olmayıb. Hazırda bu sahədə də sabitləşmə meylləri müşahidə edilir".

 

R.Tahirov bankların kapital mövqeyindən də danışıb: "Bankların kapital mövqeyi xarici şoklara daha həssas olaraq qalır. Hesab edirik ki, banklar kapitallaşma siyasətini davam etdirməlidir".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda kecmis telekanal rehberinin oglu cayda batib
    Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ