Psixotrop maddənin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

psixotrop maddenin olkeye getirilmesi cehdinin qarsisi alinib

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları psixotrop maddənin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, idarənin gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşının idman çantasındakı əşyalara baxış keçirilib.

 

Baxış zamanı, çantanın ön cibindəki diş məcununun içərisində 4 ədəd bükümdə, cəmi 39 ədəd buprenorfin adlı həb aşkar olunub.

 

Xatırladaq ki, buprenorfin adlı həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr"in II Siyahısına daxildir və 39 həbdə buprenorfinin təsiredici maddəsinin ümumi miqdarı 0,078 qram təşkil edir.

 

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda kecmis telekanal rehberinin oglu cayda batib
    Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ