Aşqabadda MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək

Aşqabadda MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək
# 26 fevral 2024 15:28 (UTC +04:00)

MDB-yə üzv dövlətlərin Hökumət Başçıları Şurasının iclasının keçiriləcəyi tarix açıqlanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsi məlumat yayıb.

Bildirilib ki, MDB-yə üzv dövlətlərin Hökumət Başçıları Şurasının iclası mayın 24-də Türkmənistanın paytaxtında Aşqabadda keçiriləcək.

Qeyd olunub ki, MDB-yə üzv dövlətlərin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının fevralın 27-də Minskdə keçiriləcək iclasında Birliyin Hökumət Başçıları Şurasının gündəliyinin layihəsi müzakirə ediləcək.

Xatırladaq ki, MDB Hökumət Başçıları Şurasının bundan əvvəlki iclası 2023-cü il oktyabrın sonunda Bişkekdə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR