Azərbaycanda baş verən zəlzələ Ermənistanda da hiss olunub

Azərbaycanda baş verən zəlzələ Ermənistanda da hiss olunub
# 07 dekabr 2023 10:18 (UTC +04:00)

Azərbaycanda baş verən zəlzələ Ermənistanda da hiss olunub.

APA xəbər verir ki, bu barədə Ermənistan Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, Tavuş bölgəsinin bir sıra şəhərlərində və kəndlərində 3 bal gücündə zəlzələ hiss olunub.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində 68 km dərinlikdə maqnitudası 5.6 olan zəlzələ baş verib. Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR