Baş katib: Hərbi təlimlərdə iştirak etməsə də, KTMT Ermənistanı tamhüquqlu tərəfdaş sayır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi İmanqali Tasmaqambetov

© APA | Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi İmanqali Tasmaqambetov

# 18 sentyabr 2024 12:43 (UTC +04:00)

“KTMT-nin hərbi təlimlərində iştirak etməsə də, təşkilat hələ də Ermənistanı tamhüquqlu tərəfdaş sayır”.

APA-nın məlumatına görə, bunu «Союзники. ОДКБ» jurnalına müsahibəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi İmanqali Tasmaqambetov deyib.

O eyni zamanda keçirilən manevrləri KTMT-nin aktual çağırış və təhlükələrə hazırlığı və ona üzv ölkələrin güc strukturlarının möhkəmləndirilməsi baxımından vacib element adlandırıb.

İ. Tasmaqambetov həm Avrasiya regionu, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyət dairəsindəki ölkələrdə sürətlə dəyişən proseslər fonunda növbəti illərə yönələcək planların müzakirəsini, eləcə də xarici neqativ faktorlar qarşısında dayanıqlığın təmin olunmasını önəmli sayıb.

O vurğulayıb ki, hər hansı bir ölkənin təkbaşına sülh və sabitliyə nail olmasına yönələn cəhdləri əhəmiyyətsizdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR