Rusiya müdafiə naziri Andrey Belousov ilk dəfə olaraq “xüsusi əməliyyat zonasında” “Qərb” qoşun qruplaşmasında yoxlama aparıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya MN başçısı Ukrayna Silahlı Qüvvələrinin hərəkətlərinin xarakteri barədə məruzələri dinləyib.