Beynəlxalq Kosmik Stansiyada sızma aşkar edilib

Beynəlxalq Kosmik Stansiyada sızma aşkar edilib
# 28 fevral 2024 23:34 (UTC +04:00)

Roskosmosun mütəxəssisləri Beynəlxalq Kosmik Stansiyanın (BKS) göyərtəsində hava sızması aşkar ediblər, ekipaj üçün təhlükə yoxdur.

APA xəbər verir ki, bu barədə jurnalistlərə dövlət korporasiyasından məlumat verilib.

"Həqiqətən də, mütəxəssislər BKS-in göyərtəsində hava sızması aşkar ediblər. Ekipaj müntəzəm olaraq mümkün sızmaların tapılması və aradan qaldırılması üçün işlər aparır və stansiyadan alınan məlumatlar təhlil üçün mütəxəssislərə ötürülür. Ekipaj və stansiya üçün təhlükə yoxdur”, - deyə Roskosmosun mətbuat xidməti bildirib.

Dövlət korporasiyası xatırladıb ki, stansiyanın köhnəlməsi təmir və bərpa işlərinin xeyli vaxt aparmasına gətirib çıxarır. Rusiya Federasiyasının idarə olunan kosmik sistemlər və komplekslər üzrə baş konstruktoru, RSC Energia şirkətinin baş konstruktoru Vladimir Solovyovun sözlərinə görə, kosmonavtların vaxtının 50%-ə qədəri təmirə sərf olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR