“Coca-Cola” yenidən Rusiyaya qayıtmaq istəyir

“Coca-Cola” yenidən Rusiyaya qayıtmaq istəyir
# 14 iyun 2024 06:19 (UTC +04:00)

2022-ci ildə Rusiyanı tərk edən Amerika sərinləşdirici içki istehsalçısı “The Coca-Cola” şirkəti aprel ayında "Rospatent"ə ticarət nişanının qeydiyyatı üçün üç ərizə təqdim edib.

APA xəbər verir ki, təqdim olunan ərizə “Coca-Cola”, “Sprite” və “Fanta” brendlərinin yenidən qeydiyyatdan keçirilməsi ilə bağlıdır.

Qeyd edək ki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasından sonra "McDonald's", "The Coca-Cola Export Corporation", "Nike Inc.", "Adidas AG", "Inditex S.A" kimi bir çox Qərb şirkətləri Rusiya Federasiyasındakı işlərini dayandırmaq və ya Rusiya bazarını tamamilə tərk etməklə bağlı qərar qəbul etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR