Dağıstanın dövlət katibi saxlanılıb

Dağıstanın dövlət katibi saxlanılıb
# 25 iyun 2025 12:06 (UTC +04:00)

Dağıstanın dövlət katibi Maqomed-Sultan Maqomedov saxlanılıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu gün onun evində və daha 50-yə yaxın ünvanda axtarışlar aparılıb.

Axtarışların “Dagneftebaza”nın qanunsuz özəlləşdirilməsi faktı ilə bağlı açılan cinayət işi əsasında aparıldığı bildirilib.

Yerli KİV-in yazdığına görə, cinayətin konkret subyekti hələ müəyyən edilməyib, araşdırmanın nəticələri buna aydınlıq gətirəcək.

"Hələlik söhbət “Dağneftəbaza”nın özəlləşdirilməsinin qanunsuzluğundan və 2005-ci ildə özəlləşdirmədən sonra neft bazasının fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasından gedir.Hər şey müsadirə olunur. Artıq bununla bağlı iddia qaldırılıb. Dağıstanın dövlət katibi Maqomed-Sultan Maqomedova yaxın şəxslərin yaşayış və iş ünvanlarında aparılan axtarışlar əməliyyat-istintaq tədbirlərinin yalnız birinci mərhələsidir. FSB əməkdaşlarının diqqətini təkcə özəlləşdirilən “Dağneftəbaza”nın indiki sahibləri deyil, həm də təsisçiləri və mülkiyyətçiləri arasında onun özəlləşdirilməsinə kömək edənlər cəlb edib",deyə Dağıstanın yerli KİV-i yazıb.

Qeyd edək ki, Maqomedov 2021-ci ildən Dağıstanın dövlət katibi vəzifəsini tutur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR