Ermənistanda etirazçılara qarşı səs bombaları istifadə edilib, 86 nəfər saxlanılıb - VİDEO - YENİLƏNİB-1

Ermənistanda etirazçılara qarşı səs bombaları istifadə edilib, 86 nəfər saxlanılıb - VİDEO  - YENİLƏNİB-1
# 12 iyun 2024 21:49 (UTC +04:00)

Ermənistan parlamentinin binası qarşısında polislə etirazçılar arasında qarşıdurma nəticəsində 86 nəfər saxlanılıb.

APA xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

***
19:52


Polis İrəvandakı parlament binası yaxınlığında etirazçılara güc tətbiq etməyə başlayıb.

APA Ermənistan Telegram kanallarına istinadən xəbər verir ki, polis etirazçıları dağıtmaq üçün səs bombalarından istifadə etməyə davam edir.

***

17:59

Ermənistan parlamentinin binası qarşısında polislə etirazçılar arasında qarşıdurma yaşanır.

APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, keşiş Baqrat Qalstanyanın tərəfdarlarının parlament binası yaxınlığında polislərin müdafiə səddini yarmağa çalışdığı deyilir.

Etirazçıların polislərə butulka atmağa başladığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR