2024-cü ilin 10 ayı ərzində Ermənistanda 47 nəfər polis əməkdaşı narkotik vasitələrdən istifadə etdiyinə görə xidmətdən xaric edilib.
APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, bunu ölkənin daxili işlər naziri Vahe Kazaryan açıqlayıb.
O deyib ki, hazırda polis əməkdaşlarının attestasiyası prosesində iştirak edənlər analoji halların müəyyən edilməsi məqsədilə testlərə cəlb edilirlər.