Ermənistanda hərbçilər qəzaya düşüb: 4 ölü, 20 yaralı - YENİLƏNİB

Ermənistanda hərbçilər qəzaya düşüb: 4 ölü, 20 yaralı - YENİLƏNİB
# 12 aprel 2024 19:59 (UTC +04:00)

Ermənistanda hərbçilərin düşdüyü qəzada ölən və yaralananların sayı açıqlanıb.

APA xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin Meğridə baş verən qəza ilə bağlı məlumatında bildirilib.

Məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.

***

19:09

Ermənistan Silahlı Qüvvələrinə məxsus avtomobil qəzaya düşüb.

APA xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 12-də saat 15:25 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçularını daşıyan “Ural” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

İlkin məlumata görə, 4 nəfər ölüb, yaralılar var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR