Ermənistanın İran və Türkiyə ilə sərhədlərinin mühafizəsində Ermənistan sərhədçiləri də iştirak edəcək

Ermənistanın İran və Türkiyə ilə sərhədlərinin mühafizəsində Ermənistan sərhədçiləri də iştirak edəcək
# 08 oktyabr 2024 18:16 (UTC +04:00)

2025-ci il yanvarın 1-dən etibarən Ermənistan-İran və Ermənistan-Türkiyə sərhəd xətləri boyunca xidmət Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti ilə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin hərbçiləri tərəfindən birgə təşkil olunacaq.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

Onun sözlərinə görə, bununla bağlı Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında razılıq əldə edilib.

O da bildirilib ki, Ermənistanla İranın sərhəd bölgəsində yerləşən nəzarət-buraxılış məntəqəsində isə bilavasitə Ermənistan sərhədçiləri keşik çəkəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR