Ermənistanın keçmiş Baş Qərargah rəisi məhkəməyə çağırılıb

Ermənistanın keçmiş Baş Qərargah rəisi məhkəməyə çağırılıb
# 22 aprel 2024 13:51 (UTC +04:00)

Ermənistan ordusunun keçmiş Baş Qərargah rəisi Onik Qasparyan itkin düşən erməni hərbçilərinin işi üzrə şahid qismində məhkəməyə çağırılıb.

APA-nın “news.am”a istinadən xəbərinə görə, jurnalistlər məhkəmə binasına buraxılmır.

Onik Qasparyan istintaq zamanı da dindirildiyi üçün məhkəmə işinə də cəlb olunub.

Qeyd edək ki, bu iş üzrə müttəhimlər arasında Ermənistan Ordusu Baş Qərargahının keçmiş rəis müavini Andranik Makaryan və digər vəzifəli şəxslər var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR