Ermənistanın KTMT Parlament Assambleyasındakı nümayəndələri Belarus parlament seçkilərinə müşahidəçi qismində gəlməyiblər.
APA xəbər verir ki, bu barədə KTMT PA koordinatoru Əlişir Erbayev məlumat verib.
“Ermənistandan başqa, bütün KTMT üzvlərinin müşahidəçiləri var. Bildiyiniz kimi, KTMT PA kollegial orqandır. Ermənistan nümayəndələri belə bir ictimai-siyasi tədbirdə iştirak etməli idilər, lakin bu, onların seçimidir”, - deyə Erbayev bildirib.