Gevork Papoyan Ermənistanın yeni iqtisadiyyat naziri təyin edilib.
APA xəbər verir ki, bu barədə ölkə prezidenti Vaaqn Xaçatryan fərman imzalayıb.
Fərmana əsasən, Papoyan bu postda Vaan Kerobyanı əvəz edib.
Qeyd edək ki, korrupsiyada ittiham edilən Vaan Kerobyan hazırda ev həbsindədir.
Xatırladaq ki, Papoyan Ermənistan Parlamentinin deputatı idi.