İrəvanda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub, 2 nəfər yaralanıb

İrəvanda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub, 2 nəfər yaralanıb
# 02 mart 2024 10:37 (UTC +04:00)

İrəvanda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub.

APA Shamshyan.com-a istinadən xəbər verir ki, iki maskalı şəxs səhər saatlarında Arşakunyats prospektində Şenqavit Rayon Məhkəməsinin binası yaxınlığındakı yanacaqdoldurma məntəqəsinin işçilərinə hücum edib. Onlar müqavimət göstəriblər, nəticədə iki işçi güllə yarası alıb.

Həmin şəxslər hadisə yerindən qaçıblar və polis onları axtarır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR