KİV: Paşinyan 24 saat boyunca keşiş Baqratın addımlarını canlı yayımda izləyir

Ermənistanın Baş naziri Nikol Paşinyan, “Vətən Uğrunda Tavuş” hərəkatı və onun lideri Baqrat Qalstanyan

© APA | Ermənistanın Baş naziri Nikol Paşinyan, “Vətən Uğrunda Tavuş” hərəkatı və onun lideri Baqrat Qalstanyan

# 22 may 2024 12:41 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan 24 saat boyunca “Vətən Uğrunda Tavuş” hərəkatı və onun lideri Baqrat Qalstanyanın addımlarını canlı yayım vasitəsilə izləyir.

APA xəbər verir ki, bu barədə “Hraparak” qəzeti hökumət mənbələrinə istinadən məlumat yayıb.

Qəzet yazır ki, Ermənistan hökumətinin başçısı B. Qalstanyanın çıxışları və mətbuata açıqlamalarını da diqqətlə müşahidə etdikdən sonra, hökumət üzvlərinə və ya hakim partiyanın rəhbərliyinə bu bəyanatlara reaksiya verilib-verilməməsi ilə bağlı tapşırıqlar göndərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR