ABŞ Prezidenti Co Bayden özünü “Hollivud kovboyu” tərzində aparmağa çalışır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O qeyd edib ki, Rusiya Prezidenti heç vaxt özünə belə təhqirlərə icazə verməz.
Peskov vurğulayıb ki, Bayden özünü “Hollivud kovboyu” tərzində aparmağa çalışır.
***
12:24
ABŞ Prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putinlə bağlı bəyanatları biabırçı və utancvericidir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov qeyd edib ki, çətin bu bəyanatlar Rusiya Prezidentini zəiflətsin.