Qərb çox güman ki, artıq Kiyevə Rusiya ərazisinin uzaqmənzilli raketlərlə vurulmasına icazə vermək qərarına gəlib. Bu qərarın mediada rəsmiləşdirilməsi gedir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Əlbəttə ki, bütün bu qərarlar artıq qəbul edilib”, - Kremlin sözçüsü ABŞ və Böyük Britaniya arasında bu məsələ ilə bağlı müzakirələr barədə mətbuatda yayılan xəbərləri şərh edib.
“Hazırda media artıq qəbul edilmiş qərarı rəsmiləşdirmək üçün sadəcə informasiya kampaniyası aparır", - Peskov əlavə edib.